Avropa Şurasının rəhbəri Şarl Mişel Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyeni xarici siyasət səlahiyyətlərini aşdığına görə qınayıb.
HİT.az xəbər verir ki, bu barədə "Spiegel" jurnalı yazır.
“Spiegel"ə verdiyi müsahibədə Şarl Mişel Ursula fon der Leyenin xarici siyasət təşəbbüslərini tənqid edib: "Avropa Komissiyası Ukraynanın yaxınlaşması ilə bağlı bəyanatlara qəzəbli və qıcıqla reaksiya verib”.
Mişelin bəyanatına cavab olaraq Avropa Komissiyasının sözçüsü Arianna Podesta bildirib ki, Şura rəhbəri Ukraynaya 2030-cu ilə qədər Avropa İttifaqına üzv olmaq perspektivini təklif etməklə öz səlahiyyətlərini aşır.
Samir