\"Suzuki\"nin yeni modelinin ilk görüntüləri yayımlandı - FOTOLAR

10:35 / 06.10.2023
1063

Yaponiyanın avtomobil istehsalçısı "Suzuki" yeni modelini təqdim etməyə hazırlaşır.

HİT.az xəbər verir ki, qarşıdakı həftələrdə rəsmi şəkildə təqdim olunacaq modelin ilk görüntüləri yayılıb.

Sözügedən model "Suzuki Swift" adlanacaq.

2024-cü ildən satışa çıxarılması gözlənilən avtomobilin 2025-ci ildə isə tamamilə elektrikli versiyası istehsal olunacaq.

Modeldəki LED işıqlandırma qurğuları xüsusi diqqət çəkir. Üstəlik, avtomobil hibrid olacaq və benzinə qənaət edəcək. Yeni modelin idman üslubunda hazırlandığı görülür. 

Avtomobil haqqında ətraflı məlumat isə təqdimat mərasimində ictimaiyyətə elan olunacaq.

Pərviz

 

0