Saç boyalarının baş dərisi üçün mənfi təsirləri: Sızanaq, allergiya...

MARAQLI
21:00 / 06.10.2023
714

Əvvəllər yalnız ağ saçları gizlətmək üçün saç boyalarından istifadə olunurdu. Günümüzdə isə gənc yaşlardan etibarən gözəllik məqsədilə saç boyalarından istifadə olunur. Ancaq saç boyalarının tərkibində olan PPD ciddi allergiyaya səbəbidir. 

Hit.az-ın məlumatına görə, tam adı Para-Fenilendiamin olan PPD indi qalıcı saç boyalarının əsas tərkib hissəsidir. Bu saç boyaları bu gün 3/2 boyaların tərkibinə daxildir. PPD saçın gövdəsinə və kökünə zərər verir. Bundan əlavə saçın kökünə daxil olub saçların tökülməsinə səbəb olur.

Bundan əlavə, bu boyalar baş dərisində qızartılar yaradır, allergiyaya səbəb olur, bəzən saçların dibində sızanaqların çıxmasında "yardımçı" olur.

Bu səbəbdən mütəxəssislər xüsusilə erkən yaşlarda saç boyalarından istifadə etməməyi  tövsiyə edir.

Aynur Əli

0