İranda səngiməyən edamlar: "İnsanlar işsizdir..."

ÖLKƏ
18:36 / 06.10.2023
338

İranda edamlar səngimək bilmir. Siyasi fəallar, rejimə qarşı aksiyalar keçirən etirazçılar təqib olunur, həbs edilir.

Hit.az-a açıqlamasında Güney azərbaycanlı siyasi şərhçi Məhsa Mehdili deyib ki, 1 ildən çoxdur ki, edamların sayı daha da artıb:

"İranda hələ də edam vəziyyəti hökm sürür. Tehran rejimi etirazları dinləmir, əvəzində edamlara, insanların həyatına son qoymağa davam edir. İnsanlar işsizdir, sosial vəziyyət bərbad gündədir. Xalq etiraz edəndə də bu vəziyyəti idarə etmək üçün edam yolunu seçir. Təəssüf ki, İran dünyada əhali sayına görə edamların ən çox olduğu ölkədir. Sırf siyasi görüşlərini qəbul etmədikləri insanları, fəalları həbs edir, təqib edir, edam etdirirlər. 1 ildən çoxdur ki, bu edamların sayı daha da artıb. İnsanların gözünü bu yolla qorxutmağa çalışırlar. Bu da İran siyasətinin bir parçasıdır. Düşünürəm ki, bu edamlar hələ yenə davam edəcək. Amma bir nöqtədə bütün diktatorluğun hökm sürdüyü ölkələrdəki kimi bunun da somu gələcəkdir".

Aynur Əli

0