Bakıda Yapon Avtomobilləri Festivalı keçiriləcək - TARİX

13:04 / 07.10.2023
1154

7-8 oktyabr 2023-cü il tarixlərində Bakıda "Park Pulvar" ticarət və əyləncə mərkəzində Yaponiya Avtomobil brendləri Festivalı keçiriləcək.

HİT.az xəbər verir ki, festivalın təşkilatçısı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasıdir.

Festivalda Toyota, Mazda, Nissan, Subaru, Mitsubishi, Honda, İnfiniti və Lexus brendlərinin modelləri nümayiş olunacaq.

Sərginin rəsmi açılışı 7 oktyabr saat 16:00-da planlaşdırılır.

Festivalın proqramında - ən yeni modellərin təqdimatı, test-drayva qeydiyyat, “Toyota Gazoo Racing” turniri, “Kospley-defile”, Yapon mətbəxi nümunələri, “Welcome drink”, uduşlu müsabiqələr, DJ-Party yer alır.

0