"Meksikalı miqrantların rekord axını ABŞ üçün böyük təhlükə yaradır".
HİT.az xəbər verir ki, bunu amerikalı jurnalist Tomi Lahren deyib.
"Açıq sərhəd təhlükəli qumardır", deyə jurnalist qeyd edib.
Bundan əvvəl xəbər verilmişdi ki, ABŞ Milli Sərhəd Mühafizə Şurasının vitse-prezidenti Kris Karbera Meksika ilə sərhədi qanunsuz keçmə hallarının sayının artacağını gözlədiklərini bildirmişdi.
Onun sözlərinə görə, son vaxtlar ABŞ-ın cənub sərhədini qanunsuz keçməyə cəhdlərin sayı artıb. Bu, sərhədin o tayında qanuni miqrasiya axınının xeyli səngiməsindən sonra baş verib.
Samir