300 min vergini büdcədən yayındıran biznesmen həbs edildi

İQTİSADİYYAT
14:11 / 09.10.2023
646

“Alyans Biznes”​ MMC və bir neçə şirkətin rəhbəri Elxan Vahidov həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, iş adamı barəsində Cinayət Məcəlləsinin 213.2.2-ci (Külli miqdarda verdini ödəməkdən yayınma) maddəsi ilə açılmış işin materialları Yasamal Rayon Məhkəməsinə göndərilib.

Bildirilib ki, E.Vahidovun şirkətlərinin büdcəyə ümumilikdə 283 min 383,82 manat vergi borcu formalaşıb və o, həmin vergiləri ödəməkdən yayınıb.

Belə ki, mülki iddiaçı Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi E.Vahidovdan 63 min 577,25 manat, digər mülki iddiaçı Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi isə 219 min 806,57 manat tutulmasını tələb edib.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə iş adamına 2 il 6 ay müddətə vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il, 2 ay, 14 gün müddətə həbs cəzası verilib.

Cəza təyin edilərkən onun ev dustaqlığında olma müddəti nəzərə alınıb. Həmçinin E.Vahidova qarşı mülki iddialar təmin olunub. Məhkəmə qərar verib ki, dövlət büdcəsinə vurduğu 283 min 383,82 manat pul vəsaiti E.Vahidovdan tutularaq dövlət büdcəsinə keçirilsin.

0