Möhtəşəm “Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı başa çatdı - FOTO

ÖLKƏ
14:40 / 09.10.2023
680

Azərbaycanda ilk dəfə keçirilən “Nine Senses Fest” festivalı yaddaşlarda silinməz iz qoyub.

“Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı Heydər Əliyev Fondunun vitse-prezidenti, “Nine Senses” incəsənət mərkəzinin təsisçisi Leyla Əliyevanın dəstəyi ilə təşkil olunub. Üç gün davam edən festivalda yoqanın müxtəlif sahələri: kriya, kundalini, hatha, nidra, bədii yoqa, meditasiya təcrübələri, bədənyönümlü təcrübələr, rəqs məşqləri, saund-hilinq, stretçinq və gimnastika, tsiqun, terapevtik ustad dərsləri, art-terapiya, terapevtik qrup məşqləri və qrup sağlamlıq və həyat kouçluğu təlimləri keçirilib.

Tədbirdə dörd “hedlayner” ilə yanaşı Azərbaycanın, həmçinin dünyanın ən peşəkar mütəxəssislərinin ustad dərsləri də keçirilib.

Festival iştirakçıları təlimlərdə iştirak edərək faydalı məlumatlar əldə ediblər. Möhtəşəm tədbirə çox sayda xaricdən gələn turistlər də qatılıb.

İştirakçılar “ANSA” təhsil platforması ilə birgə təşkil edilmiş ilk “Nine Senses Fest” beynəlxalq festivaldan məmnunluqlarını bildiriblər.

Festival “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzində “Theatre in the Dark” adlı tamaşa, “Event Hall Seabreeze”də isə musiqi proqramı ilə başa çatıb.

0