Revmatizma uşaqlar da daxil olmaqla bütün yaş qruplarındakı insanlarda müşahidə oluna bilən, əzələ, skelet və bağlardan ibarət hərəkət sistemində ağrı ilə müşayiət olunan xroniki xəstəlikdir. Bəzən daxili orqanlara da sirayət edən bu xəstəlik məşhur inancın əksinə olaraq hava hadisələrinin yaratdığı xəstəlik deyil.
Bəs revmatizma nə zaman meydana çıxır?
Hit.az bununla bağlı məlumatları təqdim edir:
Revmatik xəstəliklərdə əzələ, bel ağrıları, oynaqlarda ağrı və şişkinlik, həzm sistemi şikayətləri, ürək-damar sistemində problemlər müşahidə edilir.
Revmatizma xəstələrinə ağ çörək, şəkərli qidalar, dondurma, qızardılmış kartof və marqarin istehlakı zərərli ola bilər.
Demək olar ki, bütün xəstəliklərdə olduğu kimi revmatik xəstəliklərdə də erkən diaqnoz son dərəcə vacibdir . Erkən diaqnozla zədələrin və sümük tutulmasının qarşısı alına bilər.
Son illər revmatizmin müalicəsi yeni dərman preparatlarının tətbiqi ilə müalicəsində mühüm uğurlar əldə edilib. Lakin, revmatik xəstəliklərin əksəriyyətini tamamilə aradan qaldırmaq mümkün deyil. Revmatizmin müalicəsi daimi həkim-xəstə əlaqəsi tələb edir. Xəstəliyin zaman-zaman yenidən baş qaldıracağı da bilinməlidir. Qeyd etməliyik ki, revmatizmin müalicəsi bəzi hallarda ömür boyu davam edə bilir. Revmatizmin müalicəsində məqsəd şikayətləri aradan qaldırmaq, mümkün orqan zədələnmələrinin qarşısını almaq və xəstənin həyat rahatlığını ən yüksək səviyyədə saxlamasını təmin etməkdir.
Aynur Əli