Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkədə radikal qüvvələr tərəfindən çevriliş təhlükəsini real hesab etməkdə davam edir və onun zərərsizləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
HİT.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi Xviça Beqiaşvili “Rustavi 2” telekanalına müsahibəsində danışıb.
“Bu gün təhlükə hələ də realdır və Dövlət Təhlükəsizliyi Xidməti onun zərərsizləşdirilməsinə çalışır", deyə DTX rəsmisi bildirib.
Beqiaşvilinin sözlərinə görə, 1-ci hissə üzrə istintaqın sübutları dərc edilib. O, Serbiya və Gürcüstan vətəndaşlarına qarşı ittihamların irəli sürülməsinin mümkünlüyünü etiraf edib.
Samir