Tikinti şirkəti gömrük qaydalarını pozmaqda ittiham olunur

İQTİSADİYYAT
19:52 / 09.10.2023
517

“SMT İnşaat” şirkəti gömrük qaydaları əleyhinə inzibati xəta törətməkdə ittiham olunur.

Hit.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə iş başlanıb.

İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. 

485.2-ci maddədə vəzifəli şəxslərin 1000  manat məbləğində, hüquqi şəxslər isə 1500 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.

Anar

0