Türkiyə nəhəngi "Qalatasaray" daha bir rekord qırıb.
HİT.az xəbər verir ki, İstanbul klubunun builki forma satışları tarixə keçib.
Belə ki, "GS Store" mağazalarında yeni mövsümün ilk 4 ayında satılan formalardan təxminən 200 milyon lirə gəlir əldə olunub. Bu isə klub rekordu olaraq tarixə keçib.
Həmçinin, Türkiyənin yaranmasının 100-cü ili ilə bağlı da xüsusi forma satışa çıxarılacaq. O formaya da maraq olduqca yüksəkdir. 29 oktyabrda satışa çıxacaq sözügedən formanın qiyməti 2 min 600 lirə olacaq. Bu formadan əldə olunacaq gəlirlə "Cim-Bom"un rekordunu daha da inkişaf etdirməsi gözlənilir.
Pərviz