Bakıda baha qiymətə avtomobil dövlət qeydiyyat nişanı satılır.
Lent.az xəbər verir ki, bu barədə elan saytlarından birində məlumat paylaşılıb. 10-GG-111 seriyalı dövlət qeydiyyat nişanı elan saytına qoyularaq, satışa çıxarılıb.
Maşın nömrəsi hazırda Bakı şəhərindədir. Nömrəyə isə nə az, nə çox 90 min manat qiymət qoyulub.