Soyuyan dəmlənmiş çayın xeyirləri: Dəri qulluğu, saç parlaqlığı, kəskin qoxulardan xilas...

22:37 / 10.10.2023
492

Soyuyan dəmlənmiş çayın bədən üçün müxtəlif xeyirləri var.

Hit.az həmin məlumatları təqdim edir:

Saçınızı yuduqdan sonra son durulama mərhələsində ilıq dəmdən istifadə etmək saçlarınızın parlaqlığını artıracaq. Ayaqlarınızda ağrılar varsa, onları ilıq çay suyunda isladın və hər gecə 10 dəqiqə ərzində bunu təkrarlayın.

Əgər boğazınız ağrıyırsa, soyudulmuş çayla qarqara edin. Boğazınızdakı iltihabı prosesi yüngülləşdirəcək və aradan qaldıracaq.

Dərinizi nəmləndirmək və canlandırmaq üçün də üzünüzü bir stəkan çayla yuya biləriniz.

Çay dərinizdəki yaraları sağaldır və mikrobları öldürür. Pambıqla zədələnmiş nahiyəyə də çaydan çəkə bilərsiniz.

Balıq, soğan kimi qidaları da doğradıqdan sonra qoxusunu bir kasa qaynadılmış çayla götürə bilərsiniz. Bunun üçün əllərinizi bu suda 5 dəqiqə saxlamalısınız.

Gözləriniz yorğun və şişkin olanda da çayı pambığa töküb, gözünüzə çəkə bilərsiniz.

Bundan sonra gözlərinizin rahatladığını hiss edəcəksiniz. Soyuducunuzdakı pis qoxulardan xilas olmaq üçün  də çaydan istifadə edə bilərsiniz. Bunun üçün bir stəkan dəmi soyuducuda saxlayın.

Beləliklə, soyuducunuzdakı qoxular yox olacaq.

Aynur Əli

0