Türkiyənin Məmləkət Partiyasının sədri Mühərrəm İncə Prezident Rəcəb Tayyib Ərdoğana dəstək verib.
HİT.az xəbər verir ki, o, dövlət başçısının İsrail-Fələstin münasibətlərində balanslı siyasət aparması barədə danışıb.
Mühərrəm İncə Ankarada tələbələrlə görüşü zamanı bu məsələyə toxunub:
"Mən ölkəm üçün doğru işlər etmək istəyirəm. İHA və SİHA layihələrini dəstəkləyirəm. Ermənistanla müharibədə Azərbaycana dəstək verilməsini və Liviyaya əsgər göndərməyimizi dəstəkləyirəm. Həmçinin, Rəcəb Tayyib Ərdoğanın İsrail-Fələstin məsələsində balanslı siyasət aparmasını doğru hesab edirəm".
Pərviz