Cənubi Qafqazda sabitliyi kim pozur: Qərb, yoxsa Rusiya? - ŞƏRH

SİYASƏT
14:36 / 11.10.2023
1092

Rusiya növbəti dəfə Qərbi Cənubi Qafqazda sabitliyi pozmaqda ittiham edib.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyanat verib:

"ABŞ və Avropa İttifaqının qeyri-sabitlik toxumları səpdiyi bir vaxtda Qarabağdakı Rusiya sülhməramlıları Cənubi Qafqazda dinc həyatın qurulmasına kömək etməyə hazırdır. Brüssel Ermənistan və Azərbaycana “vasitəçilik xidmətləri” tətbiq edir, geosiyasi ambisiyalarının qayğısına qalır və Vaşinqtonla birlikdə regiona sabitliyin pozulmasına gətirib çıxarır".

Qeyd edək ki, uzun müddətdir Rusiya Qərbi, Qərb isə Rusiyanı Cənubi Qafqazdakı stabilliyi pozmaqda və sülhə əngəl olmaqda ittiham edir.

Ümumiyyətlə, hazırda Cənubi Qafqazda sülhə əngəl olan kimdir? Rusiya, yoxsa Qərb?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Rizvan Hüseynov bildirib ki, indiki dönəmdə Fransa və ABŞ Cənubi Qafqazdakı stabilliyi pozmaq vasitəsilə istədiyinə nail olmağa meyillidir:

335609

"Rusiya isə neytral mövqedən çıxış edərək həm öz maraqlarını təmin etmək istəyir, həm də regionda əsas güc olan Azərbaycanın maraqlarına maneçilik törətmir. Bəzi Qərb ölkələri isə destruktiv fəaliyyətlə məşğuldurlar. 

Onlar, yanlış mövqedədirlər. İstər Azərbaycanın müttəfiqi olan Türkiyə, istərsə də bəzi məsələlərdə həmfikiri olan Rusiya, hətta İran və bir sıra ölkələr bilirlər ki, regional təhlükəsizliyi ancaq rəsmi Bakının dediyi formatda icra etmək olar".

Politoloq vurğulayıb ki, ərazi bütövlüyü və ondan çıxan prinsiplər əsasında regiondakı bütün dəhlizlər, nəqliyyat yolları açılmalıdır:

"Əsasən də Ermənistan ərazisində olan Zəngəzur dəhlizi açılmalıdır. Qurtuluş yalnız bu istiqamətdədir. Əfsuslar olsun ki, bəzi Qərb ölkələri Ermənistanın vasitəsilə stabilliyi pozmaq istəyirlər. Bununla da Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh sazişinə böyük zərbə vururlar. Lakin nəticə etibarilə, ən çox ziyan çəkən məhz Ermənistan olacaq".

Pərviz

0