Yaddaş probleminə artıq hər yaşda insanda rast gəlmək mümkündür.
HİT.az xəbər verir ki, bəzi insanlar yaddaş problemi yaşamamaq üçün müxtəlif dərmanlardan da istifadə edirlər.
Xüsusilə erkən yaşlarda yaşanan yaddaş pozğunluğu həyatı olduqca çətinləşdirir. Lakin təbii yollarla da yaddaşı gücləndirməyin yolları tapılıb. Əslində bunun bir neçə təbii həlli mümkündür. Onlardan ən önəmlisi isə kök suyudur.
Belə ki, mütəmadi olaraq kökün suyunu sıxıb içənlərdə yaddaş probleminin aradan qalxdığı məlum olub. Kökdə olan beta-karotin yaddaşın güclənməsinə olduqca fayda verir və yaddaş zəifli riskini azaldır. Hətta kök suyuna 1 damcı yağ əlavə etmək faydanı artırır. Həmçinin, kök zehni gücləndirməyə də kömək edir.
Pərviz