İdarə rəisi məhkəməyə verildi

İQTİSADİYYAT
20:04 / 11.10.2023
696

Mədəniyyət Nazirliyi yanında Bakı Şəhər Mədəniyyət İdarəsinin rəisi İbrahim Əliyev məhkəməyə verilib.

Qaynarinfo-nun məlumatına görə, rəislə bağlı məhkəməyə qurumun keçmiş əməkdaşı Şahverdiyev İlham Ağadadaş oğlu müraciət edib.

O, məhkəmədə idarə rəhbərliyi barəsində "əmək mübahisələri - işə bərpa” olunmaqla bağlı iddia qaldırıb. 

İşə Səbail Rayon Məhkəməsinin hakimi Mədinə Bağırovanın sədrliyi ilə baxılacaq.

0