"ABŞ prezidenti Co Bayden ölkənin keçmiş lideri Barak Obamaya tabedir".
HİT.az "The Hill"ə istinadən xəbər verir ki, bunu Ağ Evin keçmiş rəhbəri Donald Tramp deyib.
Onun sözlərinə görə, Obama Baydeni idarə edir: “Siz hamınız korrupsioner qlobalistlər, Uoll Stritin bu birləşmələri tərəfindən soyulmusunuz və xəyanət edilmisiniz. Onlar hamıdan pisdir. Və heç vaxt fırıldaqçı Co Bayden və açıq desək, onun rəhbəri Barak Hüseyn Obamanın dövründə olduğundan daha pis olmayıb. Düşünürəm ki, bu, onun lideridir", deyə Tramp Nyu-Hempşirdəki tərəfdarlarına müraciətində deyib.
“Tamamilə korrupsioner və ölkəmiz tarixinin ən pis prezidenti, idrak qabiliyyəti zəif, rəhbərlik etmək imkanı olmayan və indi Rusiya və mümkün nüvə müharibəsi ilə məşğul olan bir adamımız var”, deyə Tramp əlavə edib.
Samir