Bred Pitti "bomj"a oxşatdılar (FOTO)

MAQAZİN
15:40 / 27.05.2020
1690

Hollivud aktyoru Bred Pittin baxımsız görünüşü pərəstişkarlarını təəccübləndirib.



BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, onun fotolarını "Daily Mail" dərc edib.



Belə ki, ABŞ-ın Kaliforniya ştatının Malibu şəhərində "Red Hot Chili Peppers" qrupunun bas ifaçısı Maykl Belzari ilə görüntülənən Bred tənqid attəşinə tutulub.



İnternet istifadəçiləri onun uzun saçlarına və çırıq cinslərinə irad bildirərək, aktyorun yaşına uyğun tərz seçmədiyini deyiblər.



Bəziləri aktyoru küçədə yaşayan "bomj"lara oxşadıb. Bəzilərinin fikrincə isə, Bred daim çirkli və "hamamlıq" vəziyyətdə olduğu kimi görünür.






 

0
Big.az