Məşhur dünya çempionu Ronaldo ilə döyüşmək istəyir

11:56 / 12.10.2023
645

Boks üzrə iki divizion üzrə keçmiş dünya çempionu Riki Hatton "Əl Nəsr" və Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldo ilə döyüşmək istədiyini deyib.

HİT.az xəbər verir ki, 45 yaşlı britaniyalı əfsanəvi portuqaliyalı futbolçunu arzuladığı rəqib adlandırıb.

"Xəyal etdiyim rəqib kimdir? Kriştiano Ronaldo. O, əvvəllər "Mançester Yunayted"də oynayırdı. "Yunayted" azarkeşləri onu sevirlər, o, yaxşıdır, niyə ona yumruq atmasınlar? Əvvəlcə onu tutmalıydım, amma o, futbolçu oldu, elə deyilmi?. Boksçular arasında Roberto Duran bütün zamanların sevimlisi idi. Onunla rinqə çıxmaq və onun nə qədər yaxşı olduğunu görmək maraqlı olardı. Rinqdə çox ağrılı bir gecə olardı. Düşünürəm ki, Ronaldo və ya Duran mənim arzuladığım iki döyüş olar", deyə boksçu bildirib.

Qeyd edək ki, Rikki Hatton vaxtilə IBF, WBA, IBO-nun yeniyetmələr arasında yüngül çəki versiyaları üzrə dünya çempionu olub, eyni zamanda WBA, IBO ağır çəkidə çempionluq kəmərlərinə sahib olub.

Britaniyalının rekordu peşəkar rinqdə keçirdiyi 48 döyüşdə 45 qələbə (32 nokaut) və 3 məğlubiyyətdən ibarətdir. Hatton peşəkar karyerasını 2012-ci ildə başa vurub. O, son döyüşünü Vyaçeslav Sençenkoya uduzub. Ukraynalı Rikkini doqquzuncu raundda nokaut edib.

Kriştiano Ronaldo 2023-cü ildən Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasında çıxış edir. Bu mövsüm 38 yaşlı portuqaliyalı Səudiyyə Ərəbistanı çempionatında 8 oyun keçirib və 10 qol vurub.

Samir

0