Bakı tıxac problemindən necə qurtula bilər? - "Yeni yollar və..."

İQTİSADİYYAT
17:20 / 12.10.2023
774

"Bakı şəhərində yaranan tıxacların qrafikinə baxsaq, bunun 2000-ci illərin əvvəllərinə təsadüf etdiyini görərik".

Bunu HİT.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.

O bildirib ki, Bakı şəhərində həddindən artıq tikinti bumu yaranıb:

"Bu bum isə nəqliyyat sektoruna sıçrayıb. Belə ki, çoxlu yolötürücülər, tunellər və digər mühəndislik qurğuları inşa olunurdu. Eyni zamanda, nəqliyyat infrastrukturu qurulurdu və bu da öz növbəsində tıxaclara təsir göstərmirdi. 

335684

Son vaxtlarda isə əhalinin sayının artması və Bakı şəhərinin ərazilərində yaşayış məskənlərinin çoxalması hesabına bu gün tıxaclar pik həddə çatıb. Belə davam edəcəyi təqdirdə, tıxaclar daha da artacaq. Hesab edirəm ki, yeni yolların qurulmasına, yol hərəkətinin təşkilinə yenidən baxılmasına və böyük küçələrin bir-birilə əlaqələndirilməsinə ehtiyac var".

Ekspert vurğulayıb ki, ölkədə artan nəqliyyat vasitələrinin sayına alternativ olaraq yeni yollar çəkilməlidir:

"Həmçinin, yol hərəkətinin nizamlanan və ya nizamlanmayan vasitələrlə daha sürətli təşkilinə keçidini təmin etmək lazımdır. Nəqliyyat infrastrukturuna daxil olan obyektlərin, xüsusən də metro stansiyalarının, avtobus dayancaqlarının və iri iaşə obyektlərini fasiləsiz marşrutlarla təmin olunmasını təşkil etmək lazımdır".

Pərviz

1