"Festivalda mükafat Azərbaycanda çəkilən filmlərdə iştirak edən aktyorlar verildi".
Bunu Hit.az-a açıqlamasında Xalq artisti Tariyel Qasımov “Korkut Ata” Türk Dünyası Film Festivalının mükafatlandırma gecəsindən danışarkən deyib.
Aktyor Türkmənistan, Özbəkstan və digər türkdilli ölkələrdə çəkilən filmlərdə rol aldığını vurğulayıb:
"Amma mənə heç bir mükafat vermədilər. Mükafatları həmin ölkələrdə çəkilməyən aktyorlara verdilər. Qanımı qaraltmaq istəmirəm. Bitdi getdi, daha bundan sonra danışmağın nə mənası?".
Xalq artistinin fikirincə, belə bir tədbirin keçirilməsi Azərbaycanda ilk dəfə idi.
Qeyd edək ki, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə 8-11 oktyabr tarixlərində Bakıda III “Korkut Ata” Türk Dünyası Film Festivalının mükafatlandırma gecəsi keçirilib.
Azra