Hər gün soğan yesək nə olar? - ARAŞDIRMA

MARAQLI
16:35 / 12.10.2023
699

Hər gün soğan yeməyin faydaları ortaya çıxıb.

HİT.az bildirir ki, hər gün 1 ədəd soğan yedikdə orqanizminizdə müsbət dəyişikliklər baş verir.

Həmin dəyişiklikləri sizin üçün təqdim edirik:

1. Həzm sistemini dəstəkləyir: 
Soğanda həzm sisteminə faydalı olan lif var. Həmin lif həzm prosesini tənzimləyir, qəbizliyin qarşısını alır və bağırsaq sağlamlığını qoruyur.

2. Antioksidanta təsir edir: 
Soğanda antioksidant komponentlər də mövcuddur. Bu antioksidantlar bədənin hüceyrə zədələnməsini azalda və müxtəlif xəstəliklərdən qoruya bilər.

3. Ürək və qan dövranı sistemini yaxşılaşdırır: 
Soğan həm də ürək-damar sağlamlığını dəstəkləyən komponentləri özündə ehtiva edir. Bu da öz növbəsində qan təzyiqini aşağı salır, xolesterol səviyyəsini yaxşılaşdırır və ürək xəstəliyi riskini azaldır.

4. İltihab əleyhinə təsir göstərir: 
Soğanlar antiinflamatuar xüsusiyyətlərə malikdir. Buna görə də iltihabı aradan qaldıra bilər.

5. Qan şəkərinin səviyyəsini tənzimləyir: 
Soğan həmçinin qan şəkərinin səviyyəsini tənzimləməyə də kömək edir. Xüsusilə diabet riskini azaltmaq cəhətdən təsirli ola bilər.

6. Həzm fermentlərini stimullaşdırır: 
Belə ki, soğan həzm fermentlərini stimullaşdırır və həzm prosesini dəstəkləyir.

7. Dəri sağlamlığını qoruyur: 
Soğan dəri sağlamlığını dəstəkləyən antioksidanları da özündə ehtiva edir. Eyni zamanda, dəridəki iltihabı azalda və bəzi dəri problemlərini də aradan qaldıra bilər.

8. Tənəffüs sistemi üçün faydalıdır:
Soğanların tərkibində uçucu yağlar var ki, bu yağlar da xüsusilə soğan doğrandıqda ayrılır. Bu yağlar tənəffüs yollarını aça və tənəffüs problemlərini aradan qaldıra bilər.

Qeyd edək ki, həkimlər soğanların hər kəsə fərqli təsir edə biləcəyini də vurğulayırlar. Bu səbəbdən də həkimlə məsləhətləşmədən soğanı balanslı şəkildə istifadə etmək tövsiyə olunur.

Pərviz

0