Azərbaycanlı aparıcı böyrəyini atasına verdi

MAQAZİN
17:03 / 12.10.2023
546

Aparıcı Zaur Nəbioğlu böyrəyini atasına verdiyini açıqlayıb.

O, bu haqda aparıcılıq etdiyi "Rəngarəng səhər" verilişində danışıb. Atasının ağır xəstə olduğunu deyən Zaur bunları əlavə edib:

"Öz böyrəyimi atama vermək üçün müraciət etdim. O, razı olmurdu, "yox" deyirdi. Əməliyyat olunandan sonra bildi. Əməliyyata görə 6 ay efirdən uzaq qaldım. Allah bütün valideynlərin canını sağ etsin".//Axşam.az 

0