Ukrayna və Yaxın Şərq müharibələrində nə qədər azərbaycanlı həlak olub?

ÖLKƏ
17:38 / 12.10.2023
405

Son bir neçə ildir ki, dünyada müharibələr səngimək bilmir. Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən sonra daha genişmiqyaslı müharibə İsrail və Fələstin arasında başlayıb.

Təəssüflə qeyd etməliyik ki, sözügedən müharibələrdə həmvətənlərimizin də vəfat xəbərlərini alırıq. 

Hit.az davam edən müharibələrdə ölən azərbaycanlıların sayı barədə məlumatları təqdim edir.

Ukraynada ötən ilin fevralından başlayan müharibə davam edir. Müharibə başladığı andan bu günə qədər 130-a yaxın azərbaycanlı həlak olub. Həlak olanlar içində həm döyüşlərə qatılan hərbçilər, həm də tələbələrimiz olub. Həmçinin, indiyədək orada 90-a yaxın şəxs yaralanıb, 60-a yaxın şəxs isə itkin düşüb.

Oktyabrın 7-də HƏMAS-ın hücumları nəticəsində başlayan müharibədə də həyatını itirən vətəndaşlarımız olub. Bu gün Azərbaycan Xarici İşlər Nazirliyi İsraildə həlak olan Azərbaycan əsilli şəxslərin sayını açıqlayıb. Son məlumatlara əsasən, həyatını itirən azərbaycanlıların sayı 7-yə çatıb.

Azərbaycan Xarici İşlər nazirliyi həlak olan 7 nəfərin siyahısını da açıqlayıb.

Şamil Abbasov (İsrail vətəndaşı)
Emin Axundov (İsrail vətəndaşı)
İlkin Nəzərov (Azərbaycan vətəndaşı)
Lior Əzizov (vətəndaşlığı dəqiqləşdirilir)
Roman Gandel (İsrail vətəndaşı)
Eden Abdullayev (İsrail vətəndaşı)
Emil Samuyelov (vətəndaşlığı dəqiqləşdirilir).

Bundan əlavə, Azərbaycanın İsraildəki səfirliyi növbəti dəfə bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına müraciət edərək bildirib ki, "Israir Airlines" tərəfindən oktyabrın 15-i saat 17:45-də Təl-Əviv-Bakı istiqamətində olan uçuş üzrə biletlər satışa çıxarılıb. 

Qeyd edək ki, hər iki müharibədə ümumilikdə həyayınl itirənlərin sayı 140-a çatıb.

Aynur Əli

0