HƏMAS-İsrail müharibəsi: Jurnalistlər də həlak olur - SİYAHI

DÜNYA
16:35 / 13.10.2023
787

İsrail və HƏMAS qruplaşması arasında 7 oktyabr tarixində başlayan müharibə davam edir. Belə ki, oktyabrın 7-də HƏMAS-ın İsrailin cənub regionuna hücumuna və törətdiyi terror aktlarına cavab olaraq İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb. İndiyədək hərbi əməliyyatlarda həm İsrail, həm də Qəzzada ölən mülki vətəndaşların ümumi sayı 1000-i ötüb.

Müharibədə jurnalistlər də həyatını itirib.

Bir neçə gün öncə bununla bağlı olaraq, İsrail ordusu jurnalistlərə müaraciəy ünvanlayıb. Jurnalistlə Qəzza zolağını tərk etmələri barədə xəbərdarlıq edilib.

Lakin bununla belə, bölgəni tərk etməyən jurnalistlərdən ölənlər də var.

Son məlumatlara əsasən, HƏMAS İsrailə hücuma başladıqdan sonra Qəzza zolağında ən azı 7 jurnalist həlak olub.

7 ölüm hadisəsi müharibənin ilk üç günü baş verib. Bundan əlavə, həmin tarix iki yaralanma və iki həbs faktı qeydə alınıb.

Adları açıqlanan jurnalistlər barədə məlumatılar isə aşağıdakı kimidir:

Məhəmməd Əl-Salhi, Məhəmməd Jarqoon və Ibrahim Məhəmməd Lafi münaqişəni işıqlandırarkən həlak olub.

Daha sonra jurnalistlərin çalışdığı Qəzza valiliyinin İnstitusiyalar küçəsində yerləşən "Hajji Tower" binası bombalanıb və tamamilə dağılıb. Nəticədə "Əl-Khamsa News" saytının baş redaktoru, Rəfah əyalətinin sakini Səid Radvan əl-Tavil və Qəzza sakini, "Khabar" Agentliyinin fotoqrafı Məhəmməd Rizq Sobh həlak olub.

Jurnalist Salam Mema əri və üç uşağı ilə birlikdə Qəzzanın şimalındakı evlərinin ayrı-ayrı hücumda atəşə tutulmasından sonra həlak olub.

Jurnalist Hişam Əl-Nəvacan da Qəzza zolağında ağır xəsarət alıb və reanimasiyaya yerləşdirilib. Lakin o, xəstəxanada həyatını itirib.

Aynur Əli

0