Kremldən Azərbaycan, Ermənistan və Ukrayna açıqlaması

SİYASƏT
17:26 / 13.10.2023
447

Ukrayna de-yure MDB-nin (Müstəqil Dövlətlər Birliyinin) üzvüdür. 

HİT.az xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

Peskov bildirib ki, Ukrayna MDB-yə üzvlüyünü dayandırmayıb.

Rusiya prezdentinin sözçüsü Ermənistanın baş naziri Nikol Paşinyanın MDB-nin Bişkek sammitində iştirak etməməsinə də toxunub. O, bildirib ki, Ermənistan tədbirdə iştirak etməsə də, Rusiya İrəvanla dialoqunu davam etdirir.  

Onun sözlərinə görə, Azərbaycanın Ermənistanla sülh danışıqlarında mövqeyi konstruktivdir.

Qeyd edək ki, MDB 8 dekabr 1991-ci ildə Belovejskaya Puşçada “Suveren Dövlətlər İttifaqının yaradılması haqqında Saziş” imzalandıqdan sonra yaradılıb. Bu təşkilat keçmiş Sovet İttifaqı respublikalarından "dinc yolla ayrılma" forması adlanır.

Samir

0