Maliyyə Nazirliyinin 2,4 milyonluq tenderini bu şirkət uddu

İQTİSADİYYAT
12:08 / 14.10.2023
542

Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “Ata Texnologiya” MMC olub.

Yeniavaz.com xəbər verir ki, Agentlik saxlanc sistemi üçün disklərin alınması və zəruri İKT avadanlıqlarının təmin edilməsinə görə “Ata Texnologiya” MMC-yə 2 milyon 448 min 584 manat 96 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Ata Texnologiya” MMC 15 oktyabr 2004-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 000 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Şəmsi Bədəlbəyli, ev 102-də yerləşir. MMC-nin qanuni təmsilçisi Yusifov Mais Əmir oğludur.

Qeyd edək ki, “Ata Texnologiya” MMC-nin rəsmi saytında şirkətin 2004-cü ildə “AtaHolding” MMC tərəfindən təsis edildiyi bildirilir.

Uzun illər mətbuatda “AtaHolding” şirkətinin 2022-ci ilin noyabr ayında İstanbulda vəfat edən sabiq vergilər naziri Fazil Məmmədova bağlı olması barədə məlumatlar yayılıb. 20 yaşından (1983-cü il təvəllüdlü) “AtaBank”da çalışan və 2016-cı ildə bankın İdarə heyətinin sədri vəzifəsinə təyin olunan Dəyanət Quliyev sabiq nazirin bacısı oğludur.

0