\"Ferrari\" kriptovalyutalarla avtomobil satacaq

10:19 / 16.10.2023
1075

İtaliyanın dünyaca məşhur avtomobil istehsalçısı "Ferrari" yeni addımı ilə gündəm olub.

HİT.az xəbər verir ki, şirkət avtomobillərini kriptovalyutalarla da satacağı açıqlayıb.

Bildirilib ki, "Bitcoin", "Ethereum" və "USDC" ilə ödənişlər qəbul olunacaq. O da əlavə olunub ki, kriptovalyutalarla satışlarda əlavə nağd ödəniş alınmayacaq. Sözügedən qərarın gələn ilin əvvəlində Avropa ölkələrində tətbiq olunması gözlənilir.

"Ferrari"nin Marketinq və Kommersiya üzrə Baş Direktoru Enrico Galliera bu barədə açıqlama verib. Onun sözlərinə görə yeni qərar "Ferrari" müştərisi olmayan, amma bu avtomobili satın almaq istəyən şəxslər üçün daha əlçatan olacaq.

Pərviz

0