ABŞ prezidenti Co Bayden CBS telekanalına müsahibəsində bildirib ki, o, Yaxın Şərqdəki vəziyyəti normallaşdırmaq və Rusiya prezidenti Vladimir Putini sıxışdırmaq üçün Avropanı birləşdirmək istəyir.
HİT.az xəbər verir ki, Bayden bu məqsədlərə çatmaq üçün ikinci müddətə namizədliyini irəli sürməyi planlaşdırdığını bildirib.
"Təsəvvür edin ki, biz Yaxın Şərqdə uğur qazana və münasibətləri normallaşdıra bildik. Təsəvvür edin ki, əgər biz bütün Avropanı birləşdirsək və nəhayət Putini sıxışdırıb, onun yaratdığı problemləri aradan qaldıra bilməsək, nə baş verər? Bizim bu dünyanı daha yaxşı bir yerə çevirmək üçün böyük imkanımız var", deyə Bayden yenidən prezidentliyə namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı suala cavab olaraq bildirib.
ABŞ-da 60-cı prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib. Sentyabr ayında Co Baydenin reytinqi 39%-ə - rekord həddə düşüb (SSRS İctimai Rəy İnstitutunun tədqiqatı CNN tərəfindən sifariş edilib).
Baydenin partiyasında 67% onun ikinci müddətə ümumiyyətlə namizəd olmamasını istəyir. CNN-in sorğusu göstərir ki, amerikalıların 47%-i keçmiş ABŞ prezidenti Donald Trampa, 46%-i isə Baydenə səs verməyə hazırdır.
Oktyabrın 9-da kiçik Robert Kennedi 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində müstəqil namizəd kimi iştirak etmək niyyətində olduğunu açıqlayıb.
Samir