Dünya ulduzu "Qalatasaray"dan ayrılır? - FOTO

İDMAN
13:25 / 16.10.2023
1010

Türkiyə nəhəngi "Qalatasaray"da sürpriz bir ayrılıq yaşana bilər.

HİT.az xəbər verir ki, Sedrik Bakambu ilə yolların ayrılması gündəmə gəlib.

İstanbul klubu bu mövsüm 8 matçda 227 dəqiqə meydanda qalan futbolçunun performansından razı qalmayıb. Onun qarşıdakı matçlarda edəcəkləri "Cim-Bom"dakı gələcəyini müəyyən edəcək. 

Türkiyə mətbuatında yer alan xəbərlərə əsasən, 32 yaşlı futbolçu yanvar ayında satıla bilər. "Qalatasaray"ın gələn təklifləri dəyərləndirə biləcəyi deyilir.

Pərviz

0