"Met-AK" şirkəti cərimələnə bilər

İQTİSADİYYAT
17:04 / 16.10.2023
439

"Met-AK” MMC barəsində inzibati iş başlanıb. 

Hit.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə ittiham olunur. 

İşə Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kərimovun sədrliyi ilə baxılacaq. 

483-cü maddədə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 faizindən 50 faizinədək məbləğdə cərimə nəzərdə tutulur.

Anar

0