Antibiotiklər barədə yeni araşdırma: Bağırsaqlarda yardımçı bakteriyaları da məhv edir

MARAQLI
22:05 / 16.10.2023
769

Sağlamlıq üçün həkimlər tərəfindən təyin edilən antibiotiklərin orqanizm üçün mənfi cəhətləri də aşkar olunub.

Hit.az-ın məlumatına görə, bu barədə London İmperial Kollecinin mütəxəssisləri araşdırma aparıb. Araşdırmanın nəticələrinə görə, antibiotiklər infeksiyalara səbəb olan zərərli bakteriyalardan əlavə, bağırsaqlarımızda yaşayan, həzm və digər proseslərə kömək edən yardımçı bakteriyaları da öldürə bilər. 

Biz hər dəfə antibiotik qəbul etdikdə onlar bağırsaqdakı yardımçı bakteriyaları öldürür. Bu da antibiotiklərə davamlı bakteriyaların əlavə qida maddələri almasına və inkişaf etməsinə imkan verir. 

Bu davamlı bakteriyalar da antibiotik istifadə etdikdən sonra inkişaf edir, onların bağırsaqda çoxalmasına imkan verir və xəstəlik törədən bakteriyaların anbarını əmələ gətirir.

Nəticədə həzm sistemində problemlər yaranır.

Aynur Əli

0