BMT Əfqanıstan üçün 93.6 milyon dollar istədi

DÜNYA
11:07 / 17.10.2023
394

Oktyabr ayında Əfqanıstanda baş verən zəlzələlər nəticəsində 1500 nəfər ölüb, 2000-ə yaxın insan yaralanıb.

HİT.az xəbər verir ki, bu barədə BMT məlumat yayıb.

Zəlzələdən bu və ya digər dərəcədə 43 mindən çox insan zərər çəkib, 3330-dan çox ev dağılıb. Təşkilatın hesablamalarına görə, humanitar yardımın göstərilməsi üçün 93.6 milyon dollar lazımdır. Bu məbləğdən donorlar 15.5, fondlar isə 10 milyon dollar ayırmağa razılaşıblar.

BMT-nin Əfqanıstandakı humanitar koordinatoru vəzifəsini icra edən Daniel Endres bildirib ki, su təchizatı sistemləri və quyulara ciddi ziyan dəyib. Onun sözlərinə görə, dağılmış binalardan böyük miqdarda dağıntı yığılması suyun çirklənməsinə və xəstəliklərin yayılmasına səbəb ola bilər. O, həmçinin aydınlaşdırıb ki, ölkə artıq gecələr soyuyur, lakin evləri zədələnmiş insanlar binaların uçacağından qorxaraq küçələrdə yatırlar.

Oktyabrın 7-də Əfqanıstanın qərbində 6,3 bal gücündə iki zəlzələ baş verib. İlk gün baş verən zəlzələlərdən Herat vilayətinin 4 kəndi əsas zərər çəkib. Oktyabrın 11-də ölkə ərazisində 6,3 bal gücündə daha bir zəlzələ qeydə alınıb.

Samir

0