İYİ Partiyadan CHP-yə ittifaq şərti: "Kılıçdaroğlu..."

DÜNYA
11:42 / 17.10.2023
600

Türkiyədə gələn il keçiriləcək bələdiyyə seçkilərində müxalifət partiyalarının ittifaq qurub-qurmayacağı müzakirə olunmağa davam edir.

HİT.az xəbər verir ki, ən çox gözlənilən məsələ isə İYİ Partiya ilə Cümhuriyyəti Xalq Partiyası (CHP) arasında ittifaqın olub-olmayacağıdır.

Türkiyə siyasi kulislərdə yer alan xəbərlərə əsasən, İYİ Partiyanın CHP ilə ittifaq qurmağa müsbət yanaşdığı deyilir. Lakin Meral Akşenerin bir şərti var. 

İYİ Partiyanın CHP ilə yenidən ittifaq qurması üçün Kamal Kılıçdaroğlunun sədrlikdən getməsini istədiyi deyilir. İddialara görə, qurultayda Kılıçdaroğlu seçilməyəcəyi təqdirdə, iki partiya arasında bələdiyyə seçkilərində və 2028-ci ildə keçiriləcək prezident seçkilərində ittifaq qurula bilər.

Lakin bütün bunlara baxmayaraq, Meral Akşenerlə Kamal Kılıçdaroğlunun bələdiyyə seçkilərindən öncə də görüşməsi gözlənilir.

Pərviz

0