"Bu planlaşdırılmış bir intihardır".
Bunu Hit.az-a açıqlamasında psixoloq Elnur Rüstəmov iş adamı Orxan Məmmədlinin intiharından danışarkən deyib. Onun sözlərinə gərə, intiharın bir çox səbəbləri olur:
"Bu o demək deyil ki, hər borcu olan insan özünü öldürməlidir. Bu daha çox insanın fərqli keyfiyyətlərindən asılıdır. Belə olanda deyirlər ki, insanın iradəsi zəifdir. Əslində insan qürurlu olanda da intihar haqqında düşünə bilər".
Psixoloq qeyd edib ki, insan sabaha ümidsiz baxanda intihar baş verir:
"Böyük ehtimalla bu problemi yaxınları və doğmaları ilə paylaşmayıb. Dəstək istəsəydi ona dəstək verərdilər. Böyük ehtimalla özü düşünüb. Adətən belə hallarda intihara cəhd olunur, amma intihar ölümlə sonlanmır. Belə görünür ki, o, bunların hər birini planlayıb. Bu haqda uzun-uzadı düşünüb, birdən-birə qərar verməyib. Hətta bir müddət hazırlıq görüb. Borc da ola bilər, problem də. İnsanlar bir-birə biganə deyil, dəstək olmalıdır. Belə olanda intihar halları azalacaq".
Qeyd edək ki, jurnalist Türkan Məmmədlinin həyat yoldaşı Orxan Məmmədli intihar edib. Onun küllü miqdarda borcu olduğu deyilir.
Azra