İranın dini lideri İsraili hədələdi

DÜNYA
15:21 / 17.10.2023
620

İranın ali dini lideri Ayətullah Əli Xamenei deyib ki, "İsrail cinayətləri davam edərsə" heç kim müsəlmanların qəzəbini dayandıra bilməyəcək. 

HİT.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, əgər İsrail Qəzza zolağını bombalamağa davam edərsə, müsəlmanlar və müqavimət qüvvələrinin səbri qırılma nöqtəsinə çata bilər: "Onda heç kim onların qarşısını ala bilməyəcək".

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və "Əl-Əqsa tufanı" əməliyyatının başladığını elan edib. Minlərlə yaraqlı İsrail ərazisinə hücum edərək onlarla hərbi texnikanı və yüzdən çox girovu ələ keçirib. Bu fonda İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı “Dəmir Qılınclar” adlanır və məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsidir. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın yüzlərlə hədəfinə zərbələr endirib. Hər iki tərəfdən minlərlə insan həlak olub və yaralanıb. İsrail Qəzza zolağında quru əməliyyata hazırlaşır.

Samir

0