Yüksək faiz dərəcələri uzun müddət davam edəcək, Avropa şoklarla üzləşəcək

DÜNYA
21:18 / 17.10.2023
400

Aparıcı iqtisadçılar və mərkəzi bankirlər Avropa İttifaqında faiz dərəcələrinin uzun müddət yüksək qalmasından razıdırlar. 

HİT.az xəbər verir ki, bğu barədə CNBC telekanalı məlumat yayıb.

Xorvatiya Mərkəzi Bankının rəhbəri Boris Vujiçiç bildirib ki, aparıcı iqtisadçılar və mərkəzi bankirlər faiz dərəcələrinin uzun müddət yüksək qalacağına dair konsensusa gəliblər. Onun sözlərinə görə, Avropa geosiyasi gərginlik və yüksək inflyasiya səbəbindən şoklarla üzləşəcək. Bütün dünya üzrə mərkəzi banklar inflyasiyanın qarşısını almaq üçün son il yarım ərzində dərəcələri aqressiv şəkildə artırıblar. Ancaq bu, indiyə qədər yalnız məhdud uğur gətirib.

Vujiçiç inflyasiya mərkəzi bankların hədəf səviyyəsinə yaxınlaşana qədər dərəcələrin yüksək qalacağını vurğulayıb. Onun sözlərinə görə, maliyyə bazarları uzunmüddətli yüksək faizlər perspektivinə uyğunlaşmaqda ləngdir.

Bu mövqeyi Avropa Bankının rəhbəri Kristin Laqard, Dünya Bankının prezidenti Ajay Banqa, həmçinin Avstriya, Latviya və Cənubi Afrikanın mərkəzi banklarının rəhbərləri bölüşürlər. Onlar razılaşırlar ki, iqtisadi yavaşlamaya baxmayaraq, inflyasiyanı hədəf səviyyələrə qaytarmaq üçün yüksək dərəcələr uzun müddət qalacaq.

Avstriya Mərkəzi Bankının rəhbəri Robert Holzmannın sözlərinə görə, mümkün geosiyasi təlatümlər səbəbindən inflyasiyanın artması riskləri qalmaqdadır. Bu, əlavə dərəcə artımını tələb edə bilər.

Samir

0