Ukraynalı qaçqınlar Böyük Britaniyada evsiz qala bilər

DÜNYA
22:22 / 17.10.2023
414

Britaniyanın Milli Hesabat Ofisinin hesabatına görə, "Ukrayna üçün evlər" proqramı çərçivəsində Böyük Britaniyada qaçqın kimi yaşayan minlərlə ukraynalı evsiz qala bilər. 

HİT.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Təşkilatın proqnozunda deyilir: "Sponsorluq bitdikcə evsiz qalma riski artacaq".

Məlumdur ki, Böyük Britaniyanın “Ukrayna üçün evlər” proqramı britaniyalılara ukraynalı qaçqınlara humanitar viza ilə sponsorluq etməyi və azı 6 ay müddətinə müvəqqəti mənzillə təmin etməyi təklif edib. Bunun müqabilində sakinlərə sxemin 2022-ci ilin martında istifadəyə verildiyi ilk ildə 350 funt-sterlinq, növbəti 12 ayda isə 500 funt-sterlinq məbləğində fayda təmin edilir. Ödənişlər büdcə vəsaiti hesabına həyata keçirilib.

Hesabat müəlliflərinin sözlərinə görə, proqramın sponsorlarının maliyyələşdirilməsinin 2024-cü ilin martında başa çatacağı gözlənilir. Bu dəstək tədbirinin köməyi ilə 130 mindən çox insan Britaniyada müvəqqəti mənzil tapa bildib.

"Yəni ev sahibləri ukraynalıları bu ödənişlər olmadan qəbul etməyə hazır olmasalar və ya Sosial və İqtisadi İnkişaf Nazirliyi təşəkkür ödənişlərini üçüncü il müddətinə uzatmazsa, digər yaşayış qərarları tələb olunacaq”, deyə hesabatda vurğulanır.

Samir

0