"ABŞ-ın nüvə hegemonluğu arzusu planetdəki qeyri-sabitliyin səbəbidir".
HİT.Az xəbər verir ki, bunu Şimali Koreya Xarici İşlər Nazirliyi yanında Silahsızlanma və Sülh İnstitutunun əməkdaşı Kim Qvan Myonq Mərkəzi Xəbər Agentliyində (KCNA) dərc olunan məqaləsində bildirib.
"Birləşmiş Ştatların hegemon intriqaları və müdaxiləsi nəticəsində dünyanın bütün guşələrində sülh və sabitlik ciddi şəkildə pozulur", deyə nazirlik rəsmisi vurğulayıb.
O qeyd edib ki, Ağ Evdə yenidən “nüvə üstünlüyü ilə” dünyaya hökmranlıq iddiaları var. Hərbi ekspert xatırladıb ki, Vaşinqton “müstəqil ölkələrin” müdafiə qabiliyyətinin gücləndirilməsini təhlükə hesab edir və onlar özləri Amerikanın raketdən müdafiə sisteminin təkmilləşdirilməsini və nüvə silahlı qüvvələrinin modernləşdirilməsini sürətləndirməyi təklif edirlər.
Samir