Hadid ailəsi HƏMAS-İsrail qarşıdurmasında Fələstinə dəstək verdikləri üçün həyat və sağlamlıqlarına təhlükə olduğundan şikayətlənib.
HİT.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Sahibkar Məhəmməd Hadid, həyat yoldaşı Yolanda və onların model uşaqları Gigi, Bella və Anvar Hadid müntəzəm olaraq təhdid mesajları alırlar. Ailənin məlumatları sızdıqdan sonra onları e-poçt, sosial media və SMS ilə təhdid edirlər.
Mənbənin sözlərinə görə, bütün ailə üzvləri telefon nömrələrini dəyişib və Məhəmməd Hadid FTB-yə şikayət etmək istəyir.
Qeyd edək ki, HƏMAS-ın İsrailə hücumu və İsrailin cavabından sonra Gigi Hadid Fələstinə dəstək və zorakılığı pisləyən yazı yazmışdı:
"İsrail hökumətinin fələstinlilərə münasibətində çox pisdir. Bu hökuməti qınamaq antisemitizm deyil və fələstinliləri dəstəkləmək avtomatik olaraq HƏMAS-ı dəstəkləmək demək deyil".
Samir