Amerikalı polkovnik: "Rusiya ilə ABŞ arasında müharibə riski artır"

DÜNYA
12:14 / 18.10.2023
485

"ABŞ və Rusiya arasında müharibə riskinin artması səbəbindən Ukraynadakı vəziyyət getdikcə daha təhlükəli görünür".

HİT.az xəbər verir ki, bunu Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor “Douglas Macgregor Straight Calls” "YouTube" kanalında bildirib.

"Ukraynada vəziyyət hər gün daha təhlükəli olur, çünki NATO-nun Rusiya ilə qarşıdurma ehtimalı hələ də davam edir. Nə qədər ki, belə bir imkan var, biz ABŞ və Avropada təhlükə altındayıq", deyə polkovnik bildirib.

Ekspertin fikrincə, Yaxın Şərqdəki qeyri-sabit vəziyyət dünyada sabitlik üçün risklər yarada bilər:

"Vəziyyət bir çox amerikalıların təsəvvür edə biləcəyindən daha təhlükəlidir".

Samir

0