Türkiyə üçün təhlükə yaradan ölkələr açıqlandı

DÜNYA
13:34 / 18.10.2023
602

Türkiyənin Ana Vətən Partiyasının lideri Doğu Perinçək ölkəsi üçün təhlükənin ilk növbədə ABŞ, İsrail və NATO-dan gəldiyini bildirib.

HİT.az xəbər verir ki, siyasətçi bu bu barədə "RİA Novosti"yə müsahibəsində danışıb.

Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son çıxışında ABŞ-ın fəaliyyətinin respublikanın milli təhlükəsizliyinə hədsiz təhlükə yaratdığını bildirib.

Perincək vurğulayıb ki, Ərdoğanın bu bəyanatından sonra Türkiyə hökuməti artıq “tarazlıq siyasəti” deyilən siyasət yürütməməli və ölkənin təhlükəsizliyini təhlükəyə atmamalıdır.

Samir

0