Həkim resepti olmadan alınan antibiotiklər: "Xəstəliyi daha da ağırlaşdıra bilər"

ÖLKƏ
22:39 / 18.10.2023
585

Son zamanlar qripə yoluxma halları artıb. Bunun müalicəsində apteklərdən dərman istəyəndə isə antibiotik təklif edirlər. Qripin həkimə getmədən müayinəsən antibiotiklərdən istifadə düzgündürmü?

Tibb sahəsi üzrə ekspert Rasif Bağırov Hit.az-a bildirib ki, bu amil xəstəliyi ağırlaşdıra bilər:

"Son zamanlar yuxarı tənəffüs yollarının xəstəlik hallarının müşahidə olunması prosesi var. Bununla bağlı olaraq, hər hansı dərmanın bilmədən alnıb qəbul olunması düzgün deyil. Çünki hazırda xəstəlik iki variantda gedir: Həm virusla zədələnmə, həm də bakterial zədələnmə var. Bakterial zədələnmə bizim bildiyimiz yüngül soyuqdəymələrdir. Virusdan zədələnmə aşkar olunarsa, onun müalicəsi düzgün aparılmazsa, aylarla insanın bədənindən çıxmır. Xəstələr gedib apteklərdən reseptsiz şəkildə antibiotik alırlar, fərqli dərmanlar alırlar. Amma bu məsələyə özbaşına yanaşmaq, həkim məsləhəti olmadan dərman qəbul etmək yolverilməzdir. Çünki xəstəliyi bilmədən daha da ağırlaşdıra bilərlər".

Aynur Əli

0