24 saatda 678 fələstinli həlak oldu

DÜNYA
22:52 / 18.10.2023
718

Son 24 saat ərzində 678 fələstinli həlak olub.

Hit.az xəbər verir ki, bu barədə Fələstin KİV məlumat verib.

Məlumata görə, bu rəqəmin böyük hissəsi ötən gün Qəzza zolağına atılan raketlərdən birinin Əl-Əhli Baptist xəstəxanasına düşməsi nəticəsində həlak olanlardır.

Fələstin Səhiyyə Nazirliyi ümumilikdə indiyədək 3300 fələstinlinin öldüyünü bildirir. Rəqəmlər tam sayı əks etdirmir.

Aynur Əli

0