G7 rəsmisi: "Artıq onlar niyə bizim insan haqları haqqında dediklərimizə inansınlar?"

DÜNYA
10:58 / 19.10.2023
514

HƏMAS hücumundan sonra İsrailin Qəzza zolağında keçirdiyi əməliyyata Qərbin dəstəyi, Rusiyanın Ukraynaya müharibəsini pisləmək üçün əsas inkişaf etməkdə olan ölkələrlə anlaşma əldə etmək səylərini sarsıdır. Bu, hadisələrə reaksiya, beynəlxalq hüququn pozulması səbəbindən Moskvanı qlobal təhlükə kimi göstərmək üçün uzunmüddətli səylərə ziyan vurub.

HİT.az xəbər verir ki, bu barədə "Financial Times"a adı açıqlanmayan rəsmilər və diplomatlar məlumat verib. 

Qeyd olunur ki, Qərb rəsmiləri fələstinlilərin maraqlarını qorumamaqda ittiham olunur. Yaraqlıların İsrailə hücumundan sonrakı günlərdə bəzi Qərb diplomatları ABŞ-ın Qəzza zolağında hərəkət etmək üçün ölkəyə kart-blanş verməsindən narahat idilər. Jurnalistlər yazır ki, bu, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi fonunda dünya nizamının müəyyən qaydalar çərçivəsində saxlanması zərurətinə dair Qlobal Cənub ilə konsensus yaratmaq səylərini sarsıdıb.

Nəşrin mənbələri qeyd edib ki, Qərb reaksiyası inkişaf etməkdə olan ölkələrin İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyini möhkəmləndirib və bu, Ukrayna məsələsində gələcək səyləri puça çıxarmaq təhlükəsi yaradır.

"Biz Qlobal Cənub uğrunda döyüşdə mütləq şəkildə uduzduq. Qlobal Cənub ölkələri ilə Ukrayna ilə bağlı gördüyümüz bütün işlər puça çıxdı. Qaydaları unudun, dünya nizamını unudun. Bizi bir daha dinləməyəcəklər. Ukrayna haqqında söylədiklərimiz Qəzzaya da aid edilməlidir. Əks halda, bizə olan bütün inamı itiririk. Braziliyalılar, Cənubi afrikalılar, İndoneziyalılar - niyə bizim insan haqları haqqında dediklərimizə inansınlar ki?", deyə G7-nin yüksək səviyyəli diplomatı bildirib.

Jurnalistlər vurğulayırlar ki, bir çox inkişaf etməkdə olan ölkələr Fələstin mübarizəsini dəstəkləyir, ona öz müqəddəratını təyinetmə prizmasından və ABŞ-ın qlobal hökmranlığına qarşı mübarizədən baxır. Anonimlik şərti ilə danışan amerikalı diplomatlar etiraf ediblər ki, Ağ Evin İsrailə dəstəyin Qlobal Cənub ölkələrini özündən uzaqlaşdıra biləcəyini etiraf etməməsi onları çox narahat edir.

Eyni zamanda, adını açıqlamayan Avropa İttifaqı rəsmisi İsrail və Qəzza zolağında baş verənləri Rusiya Federasiyası üçün "göydən gələn hədiyyə" adlandırıb. Rusiya artıq BMT Təhlükəsizlik Şurasında İsrail-Fələstin münaqişəsində mülki şəxslərə qarşı zorakılığı pisləyən qətnamə qəbul etməyə çalışıb, lakin mətndə HƏMAS-ın özündən bəhs edilməyib. Bu qətnamə rədd edilib.

Samir

0