Türk seriallarının yayımı dayandırılır?

DÜNYA
13:14 / 19.10.2023
384

Türkiyədə 3 günlük matəm elan olunmasından sonra serialların yayımı ilə bağlı da qərar verilib.

HİT.az xəbər verir ki, serialların yeni bölümləri yayımlanmayacaq.

Artıq kanalların teleproqramına müvafiq dəyişikliklər edilib. Dünəndən etibarən serialların yeni bölümləri efirə getməyib. Onların yerinə sənədli filmlər yayımlanıb.

Bildirilib ki, türk seriallarının yeni bölümləri bu həftə yayımlanmayacaq. Layihələrin yeni bölümləri gələn həftədən etibarən ekranlarda olacaq.

Pərviz

0