Bitki çaylarının saçdığı TƏHLÜKƏ

MARAQLI
20:57 / 19.10.2023
677

Mütəmadi şəkildə bitki çayı içməyin fəsadları ortaya çıxıb.

HİT.az xəbər verir ki, sözügedən çayların insan sağlamlığı üçün təhlükələri tapılıb.

Tez-tez bitki çayı içənlərin aşağıdakı 6 maddəyə diqqət etməyi tövsiyə olunur:

1. İlk növbədə bitki çaylarının tərkibinə diqqət etmək lazımdır. Bəzi bitkilərin, xüsusən şüursuz şəkildə yığılan və ya hazırlanan çayların tərkibində zərərli kimyəvi maddələr olur. Buna görə də bitki çaylarını etibarlı mənbələrdən əldə etmək çox mühümdür.

2. Bəzi insanlarda bitki çaylarına və ya onların tərkib hissələrinə qarşı allergiyalar ola bilir. Bunu bilmədikdə isə gələcəkdə böyük risklə üz-üzə qalma ehtimalınız böyükdür. Bu səbəbdən də bitki çayı içməzdən əvvəl mümkün allergiyaları nəzərə almaq lazımdır.

3. Həkimlər qeyd edirlər ki, həddindən artıq bitki çayı qəbul etmək qaraciyər və böyrək sağlamlığı üçün ciddi təhdiddir. Ona görə də sözügedən çaylardan balanslaşdırılmış şəkildə istifadə olunmalıdır.

4. Həmçinin, bitki çayları bəzi dərmanlara qarşılıqlı təsir göstərə bilir. Mütəmadi dərman qəbul edən insanlar bitki çayı içmədən öncə həkimlə məsləhətləşməlidir. Əks təqdirdə, arzuolunmaz problemlər meydana gələ bilər.

5. Bəzi bitki çayları özündə kofein ehtiva edir. Buna görə də kofeinə qarşı həssas olanlar və ya gecə yatmazdan əvvəl onu içənlər buna diqqət etməlidirlər.

6. Hamiləlik və ana südü zamanı da bitki çaylarına qarşı daha diqqətli olmaq lazımdır. Yaxşı olardı ki, sözügedən zamanlarda bitki çaylarından istifadə olunmasın.

Pərviz

0