Yaxın Şərq müharibəsi Türkiyə-İsrail münasibətlərini yenidən korlayacaq?

DÜNYA
17:45 / 19.10.2023
580

İsrail və HƏMAS arasında müharibə davam edir. Türkiyənin HƏMAS-a, Fələstinə dəstək verməsi prosesi isə gündəmə gətirilib. Bunun yenicə normallaşan Türkiyə-İsrail münasibətlərinə mənfi təsir göstərə biləcəyi deyilir.

Politoloq Teymur Qasımlı Hit.az-a açıqlamasında bildirib ki, Türkiyənin dəstəyi siyasi yox, humanitardır: 

"Fələstinə dəstək Rəcəb Tayip Ərdoğan iqtidara gəldikdən sonra verilməyə başlanıb. Ona görə də AKP iqtidarının dövründə Fələstin məsələsi gündəmdə olub. Amma bu da səhv fikirdir ki, Türkiyə HƏMAS-ı dəstəkləyir. Türkiyə hər iki tərəfi barışığa səsləyir, atəşkəs sazişi imzalanmalı olduğunu bildirir. HƏMAS-a heç bir dəstək yoxdur. Onsuz da Türkiyə-İsrail münasibətləri normalaşanda Təl-Əvivin şərtlərdən biri bu idi ki, dəstəyi dayandırın. Türkiyə HƏMAS-a dəstək vermir, Fələstində günahsız insanların ölməsinə səbəb olacaq hücumları pisləyir, qınayır. Ona görə də HƏMAS-İsrail müharibəsinin Türkiyə-İsrail münasibətlərinə heç bir mənfi təsiri olmayacaq. Çünki Türkiyənin İsrailə, İsrailin də Türkiyəyə ehtiyacı var. Mənfi təsir göstərməyəcək, belə də gedəcək. Türkiyə sadəcə olaraq insani humanitar yardımlar edir, bunu da onsuz hamı edir".

Aynur Əli

0